Zidan: “O, sadəcə möhtəşəmdir”

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 28-ci turu çərçivəsində “Selta”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Oyuna inamlı başladıq. İkinci hissədə çətinliyimiz olsa da, qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik. İşimizə davam etməliyik.

Kərim Benzema? O, sadəcə möhtəşəmdir. Benzema bizim üçün vacib oyunçudur. Onun nə üçün Fransa millisinə dəvət almadığını başa düşə bilmirəm. Düzdür, mənim üçün onun komanda ilə qalması daha yaxşıdır. Lakin o, çox çalışqandır və daha çox şey istəyir”.

“Real”ın “Selta”nı 3:1 hesabıyla məğlub etdiyi matçda Benzema dubl edib.