“Real”ın 100 milyon avroluq transfer planı

“Real” qarşıdakı yay transfer pəncərəsində heyətini yüksək səviyyəli futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az AS-a istinadən xəbər verir ki, “kral klubu” transfer dəyəri 100 milyon avronu keçən dünya səviyyəli oyunçunu heyətinə qatmağı hədəfləyib.

Potensial transferlə bağlı futbolçunun adı hələlik açıqlanmasa da, keçidin 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək Klublararası dünya çempionatından dərhal sonra reallaşa biləcəyi bildirilir.

Bu addım Madrid klubunun iddialı planları fonunda məntiqli görünür. “Real” cari mövsümü titulsuz başa vurur. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a uduzaraq turniri tərk edib, həmçinin, İspaniya kuboku və superkubokunun finalında “Barselona”ya məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button