“Real”dan Hazardın zədəsi ilə bağlı rəsmi açıqlama

Madrid “Real”ının futbolçusu Eden Hazardın İspaniya La Liqasının 25-ci turu çərçivəsində “Levante” ilə matçda (0:1) zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq belçikalı hücumçunun durumuna aydınlıq gəlib.

Paytaxt klubunun rəsmi saytının yaydığı məlumata görə, Hazardın ayaq biləyində sınıq aşkarlanıb. Madrid təmsilçisi futbolçunun dəqiq nə vaxt sağalacağı barədə məlumat verməyib. Amma İspaniya mətbuatı onun bərpa müddətinin ən azı iki ay çəkəcəyini yazıb. Beləliklə, Hazard Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” və La Liqada “Barselona” ilə vacib oyunları buraxmalı olacaq.

Qeyd edək ki, Hazard təxminən 3 aya yaxın idi zədədən əziyyət çəkirdi və yenicə ağalaraq sıraya dönmüşdü.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button