“Real”ın dərdi nədir?

“Real”da hazırkı çətinliklərin yalnız baş məşqçi Xabi Alonso ilə bağlı olmadığı düşünülür.

Komanda.az “The Athletic”-ə istinadən xəbər ki, futbolçular baş məşqçinin tələblərini tam şəkildə mənimsəmirlər. Bununla belə, problemlərin kökü təkcə Alonsonun üzərində qurulmur.

Klubun adı açıqlanmayan mənbələrindən biri belə bir paylaşım edib:

“Məsələ Alonsoda deyil. Kilian Mbappe, Vinisius Junior və Çud Bellingem birlikdə effektiv oynaya bilmirlər. Bu cür hücum üçlüyü ilə balanslı heyət formalaşdırmaq olduqca çətindir”.

“Real” son 5 oyunda cəmi bir qələbə qazana bilib. Klub daxilindəki mənbələr və məşqçilər heyəti mövcud vəziyyəti düzəltməyin asan olmayacağını etiraf edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button