Sabiq futbolçusu “Real”ın problemli mövqeyini göstərdi

Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele “Real”da problemli mövqedən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın sabiq futbolçusu, komandanın fransalı hücumçusu Kilian Mbappeyə yönələn tənqidlərin haqlı olmadığını bildirib:

“Mbappe komanda üçün oynayır və həmişə məqsədinə sadiqdir. Amma “Real”da oyunu qura bilən, rəqib müdafiəsini yaran və topu hücumçulara tez çatdıran yarımmüdafiəçi çatışmır. Buna görə də, Mbappe top almaq üçün geri çəkilməyə məcbur qalır. Halbuki o, ön xətdə olanda həmişə qol vurur”.

Mbappe 2025/26 mövsümündə La Liqada 31 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button