Kapitan “gəmi”ni tərk edir: yeni müqavilə təklifinə “yox” dedi

“Real”dakı gələcəyi müzakirə edilən müdafiəçi Serxio Ramosun taleyinə aydınlıq gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı kapitan “kral klubu”ndan ayrılacaq. Madrid təmsilçisi ona iki illik müqavilə təklif edib, lakin Ramos yeni müqavilə ilə məvacibinin 10 faiz azaldılmasına razı olmayıb və bu təklifdən imtina edib. Müdafiəçinin rəhbərliyə karyerasını başqa klubda davam etdirəcəyini dediyi bildirilir.

Ramosla “Mançester Yunayted” və PSJ maraqlanır.

İspan müdafiəçi 2005-ci ildən “Real”ın şərəfini qoruyur.