“Real”da 1-i qayıtdı, 3-ü qaldı

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Valyadolid”lə qarşılaşacaq “Real” bu oyuna itkilərlə çıxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kral klubu” bu qarşılaşmada Eden Hazard, Qaret Beyl və Dani Karvahalın xidmətindən istifadə edə bilməyəcək. Əvəzində komandanın son iki oyununu buraxan müdafiəçi Serxio Ramos zədəsini sağaldaraq, heyətə qayıdıb. O, bu oyunda meydana çıxa biləcək. Komandanın baş məşqçisi Zinəddin Zidan zədəlilərin vəziyyəti ilə bağlı bunları deyib:

“Hazardın nə vaxt qayıdacağını bilmirəm. Ağrıları demək olar ki, yoxdur. Tədricən yaxşılaşır, tezliklə fərdi məşqlərə başlayacaq. Ümid edirik ki, tezliklə komandaya qayıdacaq.

Beyl isə ayaq biləyindən zədələnib. Düşünürəm ki, “Valyadolid”lə oyundan sonra onu komandada görə biləcəm”.

“Valyadolid” – “Real” oyunu bu gün, saat 00:00-da start götürəcək.