
“Real” “sükan”ı ona tapşıra bilər
Fransa millisinin baş məşqçisi Didye Deşam yaxın gələcəkdə karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Fransalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Madrid klubunun baş məşqçi postunu tuta bilər. Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək və turnirə 48 komanda qatılacaq.
Hazırda “kral klubu”na Alvaro Arbeloa başçılıq edir. Komanda onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”ə uduzaraq (ümumi hesabda 4:6) mübarizəni dayandırıb, La Liqada isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Deşam bu yay Fransa millisi ilə yollarını ayırmağa hazırlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



