“Real” müdafiəçisini itirdi

İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Rafael Varan sıradan çıxıb.

Fransalı futbolçu UEFA Çempionlar Liqasında PSJ-yə qarşı keçirdikləri oyunda (2:2) zədə alıb.

Həkimlər onun bir müddət istirahət etməsinə qərar veriblər. Bu üzdən də Varanın İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutacaq “Alaves”lə oyunda iştirak etməyəcəyi dəqiqdi.

Qeyd edək ki, “Alaves” – “Real” oyunu noyabrın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button