“Real” Kurtuaya əvəzləyici tapıb

İtaliyanın “Napoli” klubunun qapıçısı David Ospina karyerasını “Real”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Marca” nəşri yayıb. Mənbənin məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı kolumbiyalı qolkiperi Tibo Kurtuanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Ospina 2018-ci ildən “Napoli”də çıxış edir. O, Napoli komandasının heyətində 103 matçda 96 qol buraxıb və 39 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Ospina əvvəllər Londonun “Arsenal”, Fransanın “Nitsa” və Kolumbiyanın “Atletiko Nasional” klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button