Benzema 4-cü oldu

“Real” İspaniya La Liqasının 28-ci turunda “Selta”nı məğlub edib – 3:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada iki qol vuran Kərim Benzema Madrid klubunun tarixinə düşüb. Belə ki, fransız hücumçu “Real”la La Liqada ən çox qol vuran 4-cü futbolçu olub. Benzema “kral klubu” ilə çempionatda 186 qol vurub.

“Real”ın tarixində La Liqada ən çox qol vuran isə Kriştiano Ronaldodur. Portuqaliyalı hücumçu çempionatda 311 qola imza atıb.