“Real” azarkeşləri cəzalanacaq – Pikeyə görə

“Real” klubunun azarkeşləri komandanın “Espanyol”la oyunu zamanı (4:0) “Barselona”nın müdafiəçisi Jerar Pikeni təhqir ediblər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, azarkeşlər “Pike dəlidir, çempiona salam deyin” şüarları səsləndiriblər.

İspaniya La Liqasının rəhbərliyi “kral klubu”nun azarkeşlərini bu oyundakı davranışlarına görə cəzalandırmaq niyyətindədir.

“Real” vaxtından əvvəl İspaniya çempionu olub, “Barselona” hazırda La Liqada 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button