“Real” Alabanı itirdi

Madrid “Real”ının müdafiəçisi David Alaba zədələnib.

Komanda.az xəbər verir ki, avstriyalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərədə baş tutan “Liverpul”la səfər matçında sıradan çıxıb.

Zədəsi ciddi olan müdafiəçi 27-ci dəqiqədə əvəzlənib. 30 yaşlı oyunçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Liverpul” – “Real” matçında ilk hissə 2:2 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button