MS ingiltərəli futbolçu ilə razılığa gəlməyə yaxındır

“Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etmək üçün mübarizəyə start verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ingiltərəli futbolçunun mümkün keçidi ilə bağlı danışıqlara başlayıb. Tərəflər razılığa gəlməyə yaxındırlar.

Öncədən “Arsenal” və “Mançester Yunayted”in də Raysı heyətində görmək istədiyi bildirilirdi.

İngiltərə millisinin üzvü 2022/23 mövsümündə “çəkicdöyənlər”in heyətində bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button