Rauf Əliyev 5 oyunluq cəzalandı, “Kəpəz” 4 min manat cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur;

“Neftçi” – “Zirə” oyununda meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur;

4-cü turun “Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur;

4-cü turun “Səbail” – “Kəpəz” oyununda “Kəpəz” klubunun futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur;

“Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

4-cü turun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur;

1-ci divizionun 2-ci turunun “Qarabağ-2” – MOİK oyununda “Qarabağ-2” komandası oyun öncəsi protokolu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur;

MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur;

2-ci turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Tunar Mütəllimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

2-ci turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Kəpəz-2” komandasının futbolçusu Zahid Mərdanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

2-ci turun “İmişli” – “Araz Naxçıvan” oyununda “İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla “İmişli” komandasına texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

2-ci turun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button