Ranyeri milli komandadan təklif gözləyir
74 yaşlı mütəxəssis Klaudio Ranyeri İtaliya millisində işləməyə hazır olduğunu bildirib. Onun “Roma” ilə yollarını ayırmasından sonra yığmada baş məşqçi ola biləcəyiylə bağlı şayiələr ortaya çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu işə hazır olduğunu söyləyib:
“Mən əvvəllər də milliyə çağırılmışam, amma “Roma” ilə bağlı öhdəliklərimə görə imtina etmişəm. Amma indi heç bir öhdəliyim yoxdur, ona görə də mənə zəng etsələr, “hə” deməyə hazıram. Heç vaxt “heç vaxt” deməyin”.
Ranyeri karyerası ərzində yalnız bir dəfə milli komandanı çalışdırıb. O, 2014-cü ildə Yunanıstan yığmasına rəhbərlik edib və bu, cəmi 4 oyun davam edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



