Ranyeri: “İtaliya futbolunun iki problemi var”
“Roma”nın sabiq baş məşqçisi, hazırda klubda məsləhətçi kimi fəaliyyət göstərən Klaudio Ranyeri İtaliya futbolunun əsas problemini izah edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda yüksək səviyyəli oyunçuların yoxa çıxdığını deyib:
“İtaliya futbolunun iki problemi var: pul çatışmazlığı və dövrilik çatışmazlığı. İngiltərə, Almaniya, Fransa kimi bizim də əla, möhtəşəm oyunçularımız var idi. Amma indi onlar yoxa çıxıb və bu, milli komandanın oyunlarında özünü göstərir”.
İtaliya millisi son iki dünya çempionatını buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



