Ranqnik Ronaldo haqda: “Ten Haqdan soruşun”

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik bildirib ki, Kriştiano Ronaldo ilə bağlı komandanın gələcək çalışdırıcısı Erik ten Haqdan soruşmaq lazımdır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ranqnik, “qırmızı şeytanlar”ın daha çox hücumçuya ehtiyacının olduğunu deyib:

“Kriştiano Ronaldonun komandanın oyun sistemindəki rolunu Erik ten Haqdan soruşmaq daha yaxşıdır. Ronaldo “Mançester Yunayted”in vacib bir hissəsi olduğunu sübut etdi. Bununla belə, komandanın daha çox hücumçuya ehtiyacı var”.

Ronaldo 2021-ci ilin avqustundan “Mançester Yunayted”də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. 37 yaşlı portuqaliyalının “Real”a qayıda biləcəyi bildirilir.

Erik ten Haq 2022-ci ilin yayından rəsmən “Mançester Yunayted”ə rəhbərlik edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button