Ramos “Sevilya”ya qayıdacaq? – Açıqlama

“Sevilya”nın vitse-prezidenti Xose Mariya del Nido Karrasko müdafiəçi Serxio Ramosun İspaniya klubuna geri qayıtmayacağını bildirib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, klubla futbolçu arasında bağlılığın olmadığı barədə açıqlama verib:

“Hazırda Ramos “Sevilya”nın transfer edəcəyi futbolçular siyahısında yer almır. O, bizim ən yaxşı oyunçularımızdan biri olub. Lakin hazırda Serxio ilə aramızda heç bir bağlılıq yoxdur”.

Öncədən 37 yaşlı futbolçu ilə ABŞ-ın “İnter Mayami” klubunun maraqlandığı da bildirilirdi.

Ramos 2002-2005-ci illərdə Əndəlüs təmsilçisində çıxış edib. O, 2005-ci ilin yayında 27 milyon avroya “Real”a transfer olub.

İspaniyalı müdafiəçi 2021-2023-cü illərdə PSJ-də forma geyinib. Futbolçu artıq azad agent statusu daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button