Serxio Ramos Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb

“Real”ın və PSJ-nin keçmiş müdafiəçisi Serxio Ramos “Əl-İttihad”la danışıqlara başlayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, tərəflər hələlik müqavilənin müddəti ilə bağlı razılığa gələ bilməyiblər. Ramos 3 illik müqavilə imzalamaq istəsə də, “Əl-İttihad” 2 illik müqavilə imzalamağı təklif edir.

İspaniyalı futbolçu bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. Ramos Paris klubunda 58 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button