“İstənilən vaxt məğlub ola bilərik” – Mourinyo

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Arsenal”a 2:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qələbəni belə şərh edib:

“Qələbə qazandığımız üçün xoşbəxtik. Müdafiədə diqqətli davranaraq, oyuna nəzarət etdik. Rəqibin turnir cədvəlindəki yeri mənim üçün böyük əhəmiyyət kəsb etmir, “Arsenal” çox yaxşı komandadır. Komanda olaraq yaxşı dövrümüzdəyik və zehni olaraq da güclüyük. Amma istənilən vaxt məğlub ola bilərik.

Ümid edirəm ki, azarkeşlər son oyunlarımızdan məmnundur. Daha bir həftə turnir cədvəlinə liderlik edəcəyik”.

11 turdan sonra 24 xal toplayan “Tottenhem” turnir cədvəlinə liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button