“Rəqib müdafiəsini yara bilmədik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, bizi sona qədər dəstəklədilər. Çünki buna ehtiyacımız var. Xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəsssüf ki, iki səhv futbolçulara psixoloji tərəfdən təsir etdi. İkinci yarının ilk dəqiqələrində qol buraxmağımız bütün planlarımızı pozdu. Sistemdə də dəyişiklik etdik, hücumameyilli futbolçuları meydana buraxdıq, şanslar axtardıq. Amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik. Belə məğlubiyyətlər olacaq. Yeni komandayıq, inanıram ki, oyundan-oyuna artıracağıq. Çünki oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq çətindir. Amma inkişaf etmək istəyiriksə, bu cür oyunlardan keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çünki çətin qrafikimiz var. Beş oyun oynayacağıq, ikisi səfərdədir, biri evdə. Çalışacağıq ki, həmin oyunlarda xal qazanaq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button