“Qəbələ”dən Kipr klubuna

Ötən mövsümü “Qəbələ”də keçirmiş Eduardo Kunde özünə yeni klub tapıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi azad agent kimi Kiprin “Olimpiakos” klubuna keçib.

Klub Eduardo Kundenin transferini rəsmən açıqlayıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Kunde 2025/26 mövsümü “Qəbələ” ilə 28 Premyer Liqa matçında oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button