Zəmanət verildi – “Neftçi”nin legioneri Azərbaycana qayıdacaq

Qvineyada baş verən hərbi çevrilişə görə ölkəni tərk edə bilməyən futbolçular yaxın zamanda klublarına qayıdacaq.

Komanda.az xəbər verir ki, bu barədə Qvineya Futbol Federasiyasının prezidenti Antonio Souare məlumat verib. O, oyunçularla görüşüb və onlara çıxış etdikləri ölkələrə sağ-salamat qayıdacaqlarına dair zəmanət verib.

DÇ-2022-nin seçmə mərhələsində keçirilməli olan Qvineya – Mərakeş oyunu hərbi çevrilişə görə təxirə salınıb.

Qvineya yığmasının düşərgəsində “Neftçi”nin futbolçusu Mamadu Kane də var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button