
ÇL: Qvardiola “Qalatasaray”la matçı buraxacaq futbolçuların adlarını açıqladı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında “Qalatasaray”la keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək futbolçuların siyahısını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, siyahının uzun olduğunu söyləyib:
“Bilirəm ki, Mark Quehi oynaya bilməyəcək, Antuan Semenyo oynaya bilməyəcək, Rodri oynaya bilməyəcək. Niko Qonsales, Savio, Con Stounz hazır olmayacaq. Siyahı uzundur. Ümid edirəm ki, azarkeşlərimiz ilk səkkizlikdə olmadığımızı bilərək, bizə ora çatmaq üçün güc verəcəklər”.
“Mançester Siti” və “Qalatasaray” arasında Çempionlar Liqasının liqa mərhələsinin son turunun oyunu yanvarın 28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



