
Qvardiola şikayətləndi
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının oyun qrafikindən narazılığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi bunu deyib:
“Kubokda “Nyukasl”la səfər oyununu saat 17:00 əvəzinə 00:00-a təyin etdiyiniz üçün çox sağ olun! Bu, Madrid səfərindən əvvəl bizə daha az toparlanmaq üçün vaxt verəcək. Böyük təşəkkürlər!”
“Şəhərlilər” martın 4-də Premyer Liqada “Nottingem Forest”lə, 7 martda Federasiya kubokunda “Nyukasl”la, dörd gün sonra isə Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşacaq. Komandanın Madrid klubu ilə cavab oyunu isə 17 martda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



