Qvardiola “Mançester Siti”nin yeni baş məşqçisinə zəng edəcək

Xosep Qvardiola mövsümün sonunda “Mançester Siti”dən ayrıldıqdan sonra “şəhərlilər”ə rəhbərlik edəcək yeni baş məşqçi ilə əlaqə saxlayacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubda yeni çalışdırıcıya dəstək veriləcəyini vurğulayıb:

“Mançester Siti”nin yeni baş məşqçisi ilə bağlı qərar veriləndə ona zəng edəcəm. Ona özü olmağı məsləhət görəcəm. Klub ona maksimum dəstək verəcək. Hər şey yaxşı olacaq. Mən buna əminəm”.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasının, həmçinin, UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button