
“Qvardiola “Mançester Siti”ni köhnə enerjisinə qaytarmağı bacarıb”
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden baş məşqçi Pep Qvardiolanın bu mövsümkü işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin “şəhərlilər”i düzgün istiqamətdə yönəltdiyini bildirib:
“Düşünürəm ki, Qvardiola “Mançester Siti”ni köhnə enerjisinə qaytarmağı və oyunçuları birləşdirməyi bacarıb. O, həmçinin, komandanı yeniləyən bəzi yeni oyunçular gətirib və biz mütləq düzgün istiqamətdə irəliləyirik”.
“Şəhərlilər” 2024/25 mövsümündə məyusedici nəticələr əldə etsələr də, yaydan bəri daha əvvəl olduqları kimi güclü görünürlər. Komanda 21 oyundan sonra Premyer Liqanın turnir cədvəlində lider “Arsenal”dan 6 xal geridə qalaraq, ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



