
Qvardiola Kloppla şampan içməyə gedəcək
Xosep Qvardiola 10 mövsümdən sonra “Mançester Siti”nin baş məşqçi postundan ayrılıb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir kİ, Qvardiolaya Yurgen Kloppdan Malyorkadakı villasında vaxt keçirmək üçün dəvət gəlib. Alman mütəxəssis bu təklifi hələ “Liverpul”dan ayrılarkən edib və Qvardiola ona şampan içə biləcəklərinə söz verib.
Klopp 2015-ci ildən 2024-cü ilə qədər “Liverpul”u çalışdırıb. Mersisaydlılar uzun illər Qvardiolanın “Mançester Siti”sinin əsas rəqibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



