Qvardiola: “Gələn mövsüm də “Mançester Siti”ni çalışdıracam”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mançester təmsilçisində qalacağını diqqətə çatdırıb:

“Gələn mövsüm də “Mançester Siti”ni çalışdıracam. Klubdan ayrılmağı düşünmürəm. 2023/24 mövsümündə Premyer Liqanın bizə tətbiq edəcəyi 100 qayda pozuntusu olsa da, buranı tərk etmək fikrim yoxdur, narahat olmayın”.

İspaniyalı mütəxəssis 2016-cı ildən “şəhərlilər”in baş məşqçisidir.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” isə evdə “Çelsi”ni məğlub edib (1:0).

Mançester təmsilçisi ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button