Qvardiola: “Bu, basketbol deyil, futboldur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol qaydalarında mümkün dəyişikliklər barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məşqçilərin oyunçulara əlavə təlimatlar verə biləcəyi fasilələrin tətbiqi ideyasını dəstəkləyib-dəstəkləmədiyi haqda suala cavab verib:

“Xeyr, xeyr, xeyr, bu, yalnız oyunu ləngidəcək. Bu, basketbol deyil, futboldur. Mən öz fikrimə əminəm”.

“Şəhərlilər” son turda “Lids”i 3:2 hesabıyla məğlub edib. Komanda İngiltərə Premyer Liqasının 14-cü turunda “Fulhem”lə qarşılaşacaq. “Mançester Siti” hazırda turnir cədvəlində “Arsenal”dan beş xal geridə qalaraq, ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button