
Qurban Qurbanov: “Qəbələ” hazırkı durumuna görə bu mövqedə olmamalı idi”
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ”nin qonağı olub.
Komanda.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Azarkeşlərə təşəkkür edirəm.
Oyuna gəldikdə, elə bir iradlarım yoxdur. Məğlub ola da bilərdik. Çox yaxşı, intizamlı komanda ilə qarşılaşdıq. “Qəbələ” hazırkı durumuna görə bu mövqedə olmamalı idi. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar. Sonlara yaxın düşündük, əvəzləmə edək. Amma sonra fikirləşdik ki, sistem pozula bilər. Oyunu pozmaq istəmədik. İstədim 90 dəqiqə futbolçular nə hiss etdiklərini görsünlər.
İntizam Komitəsinin qərarları ilə bağlı nəsə demək istəmirəm. Qərar veriblər, biz də razılaşmalıyıq. Desək ki, Marko Yankoviçin cəzasını bir-iki oyun aşağı salsınlar, ya da cəriməni azaltsınlar, nəsə dəyişən deyil. Ona görə də razılaşmalıyıq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



