Qurban Qurbanov: “Hər çempionluq bizim üçün çətin və əzizdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularımızı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm. Sevinirəm ki, sonda hər şey istədiyimiz kimi oldu. Hər futbolçu, hər məşqçi titul üçün çox çalışır. Bu il də bunu qoruyub, saxladığımız üçün sevinirik. Aftandil Hacıyevi və “Səbail”i də təbrik edirəm, böyük turnirlərdə uğurlar arzulayıram. Ola bilər ki, gələn oyunda futbolçularda hansısa arxayınlıq olsun. Amma bizim üçün mövsüm hələ başa çatmayıb. Heyətdə hansısa dəyişiklik ola bilər, amma mövsümü yaxşı nəticə ilə başa vurmaq istəyirik. O ki qaldı, transferlərə, hər zaman axtarışdayıq. Müəyyən ayrılıqlar olacaq.
  • Reynaldo Silvanın “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər yayılıb…
  • Elə bir məsələ yoxdur. Bizim onunla müqaviləmiz var. Biz hələ onunla bağlı qərar verməmişik.
  • “Qarabağ”ın 7-ci, sizin isə 6-cı çempionluğunuzdu. Hansı sizin üçün daha çətin oldu?
  • Hər çempionluqda sevinirik, amma hər növbəti mövsümdə çempionluq bizim üçün daha əziz olur. Eyni zamanda da, çətin.
  • Rəqibiniz “Neftçi” ilə bağlı da fikirləriniz maraqlıdı…
  • Bu il rəqib çox istəkli idi. Biz ilk növbədə öz oyununuza köklənmişik, hər futbolçu özü üçün nəticə istəyir. Bu il çempionat daha çətin, daha gərgin oldu. Bilirsiz ki, mən hər zaman öz komandamızın, öz məşqçimizin uğurlarını istəmişəm. Onların hər birinə uğurlar arzulayıram.
  • Çempionatın ilk və ikinci hissəsini müqayisə etsək, deyə bilərikmi, sizin millidə çalışmağınız və komandanın Avroliqada iştirak etməsi əleyhinizə oldu?
  • Hər zaman mövsümün ilk hissəsi daha çətin olur. Qış fasiləsinə də 3 xallıq fərqlə yollandıq. Düşünmürəm ki, bunun milliylə və ya Avroliqa ilə əlaqəsi var. Qışdan sonra hər kəs daha yaxşı kökləndi, üstəlik hazırlıq dövrünü də yaxşı keçirmişdik.
  • Mən sizin Premyer Liqadakı həmkarlarınızla bağlı sual vermək istəyirəm. Bu, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovdu…
  • Hər ikisinə uğurlar arzulayıram. Onların bu uğuru əziyyətlərin bəhrəsidi. Bundan sona onlara qarşı oynamaq bizim üçün çətin olacaq. “Sumqayıt” qışdan sonra müəyyən düşüş yaşadı, amma artıq ölkə kubokunun finalında mübarizə aparacaq. Aftandil isə çox yaxşı komanda yaradıb. Onların komandası bizim üçün çox maraqlıdı.
  • Komandanın uğurlarında kapitan Rəşad Sadıqovun da böyük rolu oldu. Növbəti mövsüm üçün onunla bağlı hansı planlarınız var?
  • Rəşad həqiqətən böyük kapitandı. Onun gücü var ki, bir mövsüm daha oynasın. Fikri də bu istiqamətdədi.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button