Qurban Qurbanov – 800

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir kİ, bu, Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.

“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından “köhlən atlar”ı çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Baş məşqçi “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button