“Qrup mərhələsi bizim üçün fantastik nəticə olar” – “Sabah”ın futbolçusu

Avqustun 15-də UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah” İrlandiyanın “Sent Patriks Atletik” klubunu qəbul edəcək.

Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin sloveniyalı futbolçusu Pavol Şafranko sabahkı matça çox yaxşı hazırlaşdıqlarını bildirib:

“Komanda daxilində atmosfer çox yaxşıdır. Məşqlərimiz çox yaxşı keçib. Bu oyuna qədər bizim istirahətimiz üçün bir az əlavə vaxtımız olub. Sabahkı oyuna çox yaxşı hazırlaşmışıq, yaxşı enerjimiz var. Çalışacağıq ki, yaxşı nəticə əldə edək.

Avrokuboklarda əsas hədəflərimdən biri demək olar ki, hər oyun qələbə qazanmaqdır. Qrup mərhələsinə düşmək bizim üçün fantastik nəticə olar. Bu bizim üçün bir xəyaldır. Çalışırıq ki, bu xəyalımızı gerçəkləşdirək. Çempionatda məqsədimiz isə “Qarabağ”la mübarizə aparmaq və onları yaxalamağa çalışmaqdır”.

“Sabah” ilk matçda İrlandiya klubuna 0:1 hesabı ilə uduzub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button