
Qrinvud “Marsel”dən ayrılacaq
“Marsel”in hücumçusu Meyson Qrinvud mövsümün sonunda komandadan ayrılacaq.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun “Mançester Yunayted”ə geri qayıtması da istisna olunur. Bildirilir ki, “qırmızı şeytanlar” öz yetirməsini yenidən heyətə qaytarmaq planı üzərində işləmir. Bununla belə, Premyer Liqanın başqa bir klubu Qrinvudun transferini nəzərdən keçirir, ancaq hələlik rəsmi addım atılmayıb.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 25 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



