“Qışda komandadan ayrılmağı düşünmürəm” – “Mançester Yunayted”in istədiyi futbolçu

Qış fasiləsində “Mançester Yunayted”ə transfer olunacağı deyilən “Lion”un futbolçusu Mussa Dembele açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu, “Lion”dan ayrılmayacağını bildirib:

“Hazırda “Lion”un futbolçusuyam və mövsümün sonuna qədər burda qalacam. Qışda komandadan ayrılmağı düşünmürəm.

Haqqımda çox söhbət olur. Mənim işim bütün bu söhbətlərə fikir verməmək və diqqətimi oyunuma kökləməkdir”.

“Qırmızı şeytanlar”ın fransalı hücumçu üçün 50 milyon avroluq təklif hazırladığı deyilir.

Dembele “Çelsi” və “Tottenhem”in də maraq dairəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button