Emil Balayev qərarını verdi – “Tobol”dan ayrılır?

Qazaxıstanın “Tobol” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az “sports.kz” saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı “Tobol”da qalacağını deyib:

“Tobol”da qalıram. Klubumla daha bir illik müqaviləm var”.

Qazaxıstan Premyer Liqasında bu mövsüm 31 oyuna çıxan Emil, 22 qol buraxıb.