Qazaxıstan klubundan “Sabah”ın qapıçısına təklif gəlib

“Sabah”ın qapıçısı Stas Pokatilov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Komanda.az “AmanVibe”-a istinadən xəbər verir ki, qazaxıstanlı qapıçıya “Aktobe”dən təklif gəlib. Qazaxıstan yüksək liqasının təmsilçisi Pokatilov üçün hərəkətə keçib.

Bu barədə klubun idman direktoru Marat Xayrullin məlumat verib. O, Pokatilovla maraqlandıqlarını etiraf edib:

“Qapıçı namizədlərimiz var. Şəxsən “Sabah”ın futbolçusu olan Stas Pokatilovla danışmışam. Amma o, hazırda oynayır və klubla müqaviləsi var, komandasının da kapitanıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button