Qattuzodan Bosniya və Herseqovina ilə vacib oyundan əvvəl açıqlama

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo Bosniya və Herseqovina yığması ilə həlledici oyundan əvvəl açıqlama verib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qattuzo rəqibin fiziki baxımdan güclü olduğunu deyib:

“Bosniya əla, fiziki cəhətdən güclü və necə mübarizə aparmağı bilən bir komandadır. Onlar irəlilədikdə, xüsusən də, cinahlarda bunu hiss edirsən. Onlar həmişə sənə problem yarada biləcək bir komandadır”.

İtaliyalı baş məşqçi həmçinin, komandasının rəqiblərinə hörmətlə yanaşdığını qeyd edib və İtaliya yığmasının 2014-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmaq kimi vacib məqsədə çatmaq üçün lazım olan hər şeyə sahib olduğunu vurğulayıb.

Yayda keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində İtaliya millisi bu gecə səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq. Qarşılaşma saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button