
Qattuzo istefa verəcək
Cennaro Qattuzo İtaliya millisinin baş məşqçi postunu tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis İtaliya yığmasının DÇ-2026-ya vəsiqə qazana bilmədiyinə görə vəzifəsindən ayrılacaq.
İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi komanda martın 31-də pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovinaya uduzaraq (əsas və əlavə vaxt 1:1, penaltilər 1:4), dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
Qattuzo 2025-ilin iyunundan bəri İtaliya millisinə rəhbərlik edir və onun müqaviləsinin müddəti bu ilin iyuluna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



