“Qarabağ”la matçda əlimizdən gələni edəcəyik”

Kiprin “Omoniya” komandasının müdafiəçisi Nikolas Panayotu Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah vacib oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Matça tam hazırıq. Avrokubok matçları hər zaman önəmlidir. Bu, uşaq yaşlarımdan mənim arzum olub. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik”.