“Qarabağ”ın rəqibindən tarixi rekord

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” klubu rekorda imza atıb.

Komanda.az xəbər verir ki, Leverkuzen təmsilçisi tarixində birinci dəfə Bundesliqanın ilk 6 turunda 16 xal toplayıb. Klub son olaraq 6-cı turda “Maynts” üzərində 3:0 hesablı qələbə qazanıb. Xabi Alonsonun rəhbərliyi ilə komanda beş qələbə, bir heç-heçə ilə yadda qalıb.

Hazırda Bundesliqada liderlik edən “Bayer” 7-ci tur çərçivəsində oktyabrın 8-də “Köln”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button