“Qarabağ”ın rəqibindən darmadağın

Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” evdə “Haydenhaym”la qarşılaşıb və böyük hesabla qalib gəlib.

“Ayntraxt”la “Frayburq”un görüşü isə qolsuz bitib.

Hazırda 13 xala malik “Bayern”lə “Bayer” zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq” və “Hoffenhaym” 12 xal toplayıblarsa, Dortmund “Borussiya”sı 11 xalla 6-cı pillədə qərarlaşıb.

Almaniya Bundesliqası
5-ci tur

22 sentyabr

Ştutqart – Darmştadt 3:1
Qollar: Millot, 22. Jirassi, 32; 90+2 – Zaqadu, 17-öz qapısına.

23 sentyabr

Auqsburq – Maynts 2:1
Qollar: Demiroviç, 15; 45 – Ayorke, 6.

Borussiya (Mönhenqladbah) – Leypsiq 0:1
Qol: Verner, 75.

Bayern – Bohum 7:0
Qollar: Şupo-Motinq, 4. Keyn, 13; 54-pen; 88. De Liqt, 29. Sane, 38. Tel, 81.

Borussiya (Dortmund) – Volfsburq 1:0
Qol: Roys, 68.

Union Berlin – Hoffenhaym 0:2
Qollar: Kramariç, 22. Bayer, 38.

Verder – Köln 2:1
Qollar: Borre, 38. Njinma, 67 – Selke, 31.

24 sentyabr

Bayer – Haydenhaym 4:1
Qollar: Bonifase, 9; 74-pen. Hofmann, 63. A.Adli, 82 – E.Dinkci, 58.

Ayntraxt – Frayburq 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button