“Qarabağ”ın rəqibi kubokda darmadağına üzüldü

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə aşağı liqa təmsilçiləri “Berjera” “Versal” üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Versal” yarımfinala yüksəlib.

Günün digər matçı “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi “Olimpik”lə (Marsel) “Nitsa” arasında baş tutub. Rəqibini böyük hesabla məğlub edən “Nitsa” yarımfinala çıxıb.

Fransa kuboku, 1/4 final

8 fevral

Monako – Amyen 2:0
Qol
: Çuameni, 5. Volland, 54.

9 fevral

Berjerak – Versal 1:1 (penaltilər 4:5)
Qol
: Tressens, 89 – Dyarrassuba, 14.

Nitsa – Olimpik (Marsel) 4:1
Qol
: Quiri, 10. Kluyvert, 29; 49. Delor, 61 – Bard, 3-öz qapısına.

10 fevral

00:00. Nant – Bastiya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button