“Qarabağ”ın rəqibi yeni baş məşqçisini təqdim etdi – Rəsmi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni baş məşqçisini rəsmən təqdim edib.

Komanda.az klubun “tvitter” hesabına istinadən xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb. 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Miçel Qonsales 1982-1996-cı illərdə ölkəsində “Real”ın formasını geyinib. Son olaraq 2021-ci ildə “Xetafe”nin “sükanı arxasında” olan baş məşqçi 2013-2015-ci illərdə “Olimpiakos”a rəhbərlik edib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin