“Qarabağ”ın rəqibi səfərdən 1 xalla döndü

Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Union Berlin” evdə “Volfsburq”u məğlub edib. “Bohum” – “Köln” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Frayburq” isə səfərdə “Hoffenhaym”la oyundan qolsuz heç-heçə ilə ayrılıb.

7 turdan sonra 17 xala malik “Union Berlin” vahid liderdir. Dortmund “Borussiya”sı 15 xalla 2-ci pillədə qərarlaşıb. “Frayburq” 14 xalla üçüncüdür. “Bayern” isə 12 xal toplaya bilib.

Almaniya Bundesliqası
7-ci tur

16 sentyabr

Maynts – Herta 1:1
Qol
: Kasi, 90+4 – Tusar, 30.

17 sentyabr

Auqsburq – Bayern 1:0
Qol
: Berişa, 59.

Bayer – Verder 1:1
Qol
: K.Dəmirbay, 57 – Velkoviç, 82.

Borussiya (Dortmund) – Şalke 1:0
Qol
: Mukoko, 79.

Ştutqart – Ayntraxt 1:3
Qol
: Tomas, 79 – Rode, 6. Kamada, 55. Yakiç, 88.

Borussiya (Mönhenqladbah) – Leypsiq 3:0
Qol
: Hofmann, 10; 35. Bensebaini, 53.

18 sentyabr

Union Berlin – Volfsburq 2:0
Qol
: Sibaço, 54. Bekker, 77.

Bohum – Köln 1:1
Qol
: Şmits, 9-öz qapısına – Maina, 88.

Hoffenhaym – Frayburq 0:0

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button