“Qarabağ”ın qolu həftənin ən yaxşıları sırasında – VİDEO

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşlərindən sonra həftənin ən yaxşı qolu adına namizədlər məlum olub.

Komanda.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Leandro Andradenin Belçikanın “Gent” klubuna vurduğu dəqiq zərbə də yer alıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.

Azərbaycan klubu minimal hesabı ilə qələbəyə sevinib. Cavab görüşü fevralın 23-də keçiriləcək.

https://www.youtube.com/watch?v=VLKkU7qbGc4
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button