“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur” – Nunu Qomeş

Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu “Qarabağ”ın UEFA Konfrans Liqasında Belçika “Gent”i ilə oyunlarına da toxunub:

“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək.

“Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və UEFA Konfrans Liqasında Belçika “Gent”i ilə üz-üzə gələcək. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.

“Qarabağ” “Gent”lə ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button