“Qarabağ”ın Polşa səfərinin planı

“Qarabağ”ın “Lex”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı məlum olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Poznana oyundan iki gün əvvəl, hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaqlar.

Bir gün sonra baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Daha sonra komanda matçın keçiriləcəyi “Poznan” stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Oyun saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.